USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ay Azərbaycanda zəfəran emalı müəssisəsi istifadəyə veriləcək

23.01.2019 İqtisadiyyat
0 0
Bu ay Pirallahı Sənaye Parkında daha bir rezident qeydiyyata alınıb.

"Kommersant.az"ın məlumatına görə, bunu İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclasında nazir Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, yeni rezident "Absheron Saffron Ltd" MMC müasir texnologiyalar vasitəsilə yerli xammal əsasında zəfəranın emalını və ondan müxtəlif növ məhsulların istehsalını həyata keçirəcək. Müəssisədə 50 yeni iş yeri açılacaq.

Nazir həmçinin bildirib ki, Pirallahı Sənaye Parkında investisiya dəyəri 100 mln. ABŞ dollarından artıq olan əczaçılıq, şpris və uşaq bezlərinin istehsalı müəssisələrinin yaradılması işləri aparılır: "2019-cu ilin 1-ci rübündə istifadəyə verilməsi nəzərdə tutulan şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, əlavə ixrac imkanları da yaradacaq. 2019-cu ilin 1-ci rübündə Azərbaycan-Rusiya birgə müəssisəsi olan "R-Pharm" MMC tərəfindən dərman vasitələrinin qablaşdırılmasına başlanması nəzərdə tutulur".