USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gətirilən qida məhsullarının sərhəddə hansı formada yoxlanılacağına aydınlıq gətirilib

18.05.2018 İqtisadiyyat
0 0
"Beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycanda baytarlıq, fitosanitar, sanitar nəzarəti üzrə sərhəd yoxlanılması Dövlət Gömrük Komitəsinə həvalə edilib".

"Kommersant.Az" xəbər verir ki, bunu komitənin sədri Səfər Mehdiyev deyib.

O bildirib ki, bu, gömrük-sərhəd buraxılış məntəqələrindən keçirilən qida məhsullarının gömrük orqanları tərəfindən "bir pəncərə" prinsipi əsasında baytarlıq, fitosanitar nəzarətdən keçirilməsi zamanı süni maneələrin aradan qaldırılmasına xidmət edəcək.

S.Mehdiyev əlavə edib ki, eyni zamanda, bu proses idxal-ixrac əməliyyatlarının müasir tələblərə uyğun aparılmasına, gömrük nəzarət əməliyyatlarının operativliyinin təmin olunmasına və dövlət sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılmasına müsbət təsir göstərəcək: "Bu istiqamətdə dövlət gömrük komitəsi müvafiq qurumlarla onlayn şəkildə rabitə vasitələri yaradıb və birgə server, birgə idarəetmə vasitəsilə qarşılıqlı məlumatların ötürülməsini təmin etməkdədir".

  • Əvvəlki

    Vergilər Nazirliyi ödəyicilərə müraciət edib

Digər xəbərlər