USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

6100 ton günəbaxan tumu yığılacaq

15.07.2018 İqtisadiyyat
0 0
Samux rayonunda 2018-ci ilin məhsulu üçün 2 min 865,5 hektar sahədə dən üçün günəbaxan əkilib.

"Kommersant" xəbər verir ki, rayon icra hakimiyyətindən bildirilib ki, günəbaxan əkini sahələrinin 173,5 hektarı kənd təsərrüfatı müəssisələrinin, 2 min 692 hektarı isə əhali təsərrüfatlarının payına düşür. Qeyd edilib ki, bu məhsulun satış bazarları olduğuna görə əkin sahələri ilbəil artır. Əkin sahələrinin becərilməsində aqrotexniki qaydalardan, mineral və üzvi gübrələrdən, pestisidlərdən daha geniş istifadə edilir. Artıq, bitkinin becərilməsi qaydaları da kənd zəhmətkeşləri tərəfindən yüksək dərəcədə mənimsənilib. 2017-ci ildən Şəmkir Maşın Su Kanalının işə düşməsi məhsulun vaxtında suvarılmasına və məhsuldarlığın artırılmasına səbəb olub. Beləliklə, əvvəlki illərin məhsuldarlığı nəzərə alınaraq bu il təsərrüfatlardan 6 min 100 tondan artıq məhsulun toplanacağı proqnozlaşdırılır.

  • Əvvəlki

    Şəmkirdə 100 hektara yaxın yeni istixana tikiləcək

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0