USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkəyə 138,9 min ton mineral gübrə gətirildi

09.11.2018 İqtisadiyyat
0 0
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti şum, səpin və becərilmə işlərinin həyata keçirilməsi zamanı aqrar sektorun mineral gübrələrə olan tələbatının ödənilməsini və müvafiq qaydalara uyğun satışını daim diqqət mərkəzində saxlayır.

"Kommersant.az"ın məlumatına görə, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin pestisidlər və mineral gübrələrin tədarükü, saxlanması və satışının tənzimlənməsi şöbəsinin müdiri Musa Hüseynov bildirib ki, bitkiçilikdə intensiv inkişafın təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 mart tarixli Sərəncamına əsasən, satış qiymətinə tətbiq edilən güzəştin yuxarı həddinin mineral gübrələr üçün 50 faiz, pestisidlər üçün isə 5 dəfə artırılması məhsul istehsalçıları tərəfindən rəğbətlə qarşılanıb.

Musa Hüseynov qeyd edib ki, qeyri-neft sektorunun əsasını təşkil edən kənd təsərrüfatının inkişafı, iri taxılçılıq təsərrüfatlarının, aqroparkların yaradılması, ehtiyatda olan torpaq sahələrinin dövriyyəyə qaytarılması, tütünçülük, baramaçılıq, çəltikçilik, üzümçülük və sair sahələrin inkişafına dair Dövlət proqramlarının icrası ilə bağlı fermerlərin mineral gübrələrə tələbatı da artıb. Bu tələbatı nəzərə alaraq, Səhmdar Cəmiyyət tərəfindən cari ildə 178 min ton gübrə, o cümlədən 120 min ton ammonium nitrat (azot), 20 min ton nitroammofoska, 30 min ton ammofos, 4 min ton karbamid, 2 min ton ammonium sulfat, 2 min ton kalium sulfat gübrələrinin alınması üçün müqavilələr bağlanıb və 138,9 min ton mineral gübrələrin ölkəyə gətirilməsi təmin olunub. Təkcə cari ilin müvafiq dövründə "Aqrolizinq" ASC tərəfindən 126 min ton, o cümlədən 66,5 min ton ammonium nitrat (azot), 21,9 min ton nitroammofoska, 25,6 min ton ammofos, 10,1min ton karbamid, 0,06 min ton kalium sulfat, 1,4 min ton ammonium sulfat, 0,5 min ton superfosfat gübrələrinin güzəştli satışı həyata keçirilib. 2016-cı ildə 26 milyon manat dəyərində 73 min ton, 2017-ci ildə 44,4 milyon manat dəyərində 65,5 min ton mineral gübrələrin alınması üçün müqavilələr bağlandığı halda, 2018-ci ildə 109 milyon manat dəyərində 178 min ton müxtəlif növ mineral gübrələrin alınması üçün müqavilələr bağlanıb.

  • Əvvəlki

    Rubl kəskin ucuzlaşdı

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0