USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu bankların əmlakları hərracda satıldı

12.12.2018 Bank
0 0
Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə 2018-ci ilin avqust-noyabr aylarında keçirilən hərraclarda ləğv prosesində olan QSC “BankStandard” KB, “Texnikabank” ASC, “Bank of Azerbaijan” ASC, “Zaminbank” ASC, “Dəmirbank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Kredobank” ASC, “Royalbank” ASC, “AtraBank” ASC, “Dekabank” ASC balansındakı daşınar və daşınmaz əmlakı satılıb.

"Kommersant.az" Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, sadalanan ləğv prosesində olan banklara məxsus 9 lot üzrə daşınmaz əmlak və 51 lot üzrə daşınar əmlak, o cümlədən, avtomobillər, inkasator maşınları, mebel, kompyuter və elektrik avadanlıqları satılıb.

Ləğv prosesində olan QSC “BankStandard” KB-nin balansında olan 3 ədəd daşınmaz əmlak və 13 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı 3 ədəd daşınmaz əmlak və 11 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Dəmirbank” ASC-nin balasında olan 1 ədəd daşınmaz əmlak və 11 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin balansındakı 1 ədəd daşınmaz əmlak və 8 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı 1 ədəd daşınmaz əmlak və 1 lot üzrə daşınar əmlak satılıb.

Bundan başqa, ləğv prosesində olan “Atrabank” ASC-nin balansındakı daşınar əmlak 3 lot, ləğv prosesində olan “Dekabank” ASC-ninbalansındakı daşınar əmlak 1 lot, “Qafqaz İnkişaf Bankı” ASC-ninbalansındakı daşınar əmlak 1 lot,“Royalbank” ASC-ninbalansındakı daşınar əmlak 1 lot və “Zaminbank” ASC-nin balansındakı daşınar əmlak 1 lot üzrəsatılıb.

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların əmlakının satışı üzrə hərracların təşkilini davam etdirir.