USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Premium Bank" ötən ilin hesabatlarını açıqladı

24.01.2019 Bank
0 0
Ötən il adını dəyişərək "Premium Bank" edən, köhnə adı ilə "Bank Silk Way" 31 dekabr 2018-ci ilə olan hesabatını açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, bankın cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 183 mln. 607 min manat artaraq 646 mln. 284 min manat olub. Bundan başqa bankən cəmi öhdəlikləri 155 mln. 467 min manat artaraq 511 mln. 557 min manata çatıb.

"Premium Bank"ın cəmi kapitalı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 2018-ci il 31 dekabra görə 28 mln. 140 min manat artıb. Belə ki, bankın cəmi kapitalı ötən ilin 4-cü rübündə 134 mln. 727 min manat olub.

KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB

Bankın müştərilərə verdiyi kredit və avansları 190 mln. 964 min manat artaraq 584 mln. 596 min manata, müştərilərin depozitləri isə 223 mln. 935 min manata çatıb.

FAİZ GƏLİRLƏRİ ARTIB

"Premium Bank"ın xalis faiz gəlirləri 2017 -ci ilin 4-cü rübü ilə müqayisədə 6 mln. 702 min manat artıb. Belə ki, bank 2018-ci ilin sonunda 22 mln. 754 min manatlıq xalis gəlirə sahib olub. Bankın qeyri-faiz gəlirləri 2 mln. 961 min manat artaraq 21 mln. 572 min manat, qeyri-faiz xərcləri isə 9 mln. 230 min manat artaraq 34 mln. 539 min manat olub.

MƏCMU KAPİTALI ARTIB

Bankın məcmu kapitalı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 14 mln. 192 min manat artaraq 130 mln. 440 min manat olub. Məcmu kapitalın adekvatlıq əmsalı 13,27% təşkil edib ki, bu da normadan 3,27% çoxdur.

Qeyd edək ki, bank 2018-ci ili 16 mln. 66 min manat mənfəətlə başa vurub. Bu isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 14 mln. 466 min manat çoxdur.