Bankların açıqladığı hesabata görə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktiv və öhdəlikləri məlum olub.
"Kommersant.az" xəbər verir ki, ən yüksək cəmi aktiv və həmçinin öhdəliyə "Azərbaycan Beynəlxalq Bankı" sahib olub. Belə ki, sözügedən bank 7 mlrd. 932 mln.771 min manat cəmi aktivə, 6 mlrd. 771 mln. 246 min manat isə cəmi öhdəliyi olduğunu elan edib.
2-ci sırada 4 mlrd. 695 mln. cəmi aktiv, 4 mlrd. 277 mln. manatlıq cəmi öhdəliklə "Paşa Bank" qərarlaşır.
3-cü sıranı isə 3 mlrd. 716 mln. manat cəmi aktiv və 3 mlrd. 344 mln. manat cəmi öhdəliklə "Kapital Bank" yer alıb.