USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Banklara güvən azalıb - ARAŞDIRMA

02.07.2018 Bank
1 0
Banklara qoyulan depozit həcmi artıb. Belə ki, banklara qoyulan depozitlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 15% artıb.

"Kommersant" aprel ayı üzrə Mərkəzi Bankın açıqladığı icmala əsasən xəbər verir ki, aprel ayında banklara ümumilikdə 7 milyard 881 milyon 400 min manat depozit yerləşdirilib. Müddətli depozitlərin 2 mlrd. 2 mln. 400 min manatı milli valyuta, 3 mlrd. 426 mln. 800 min manatı isə xarici valyuta təşkil edir.

Banklara milli valyuta ilə qoyulan müddətli depozitlərin həcmi ötən ilin eyni dövrü müqayisədə 2 dəfə artım olsa da, xarici valyuta ilə qoyulan müddətli depozitlərin həcmində 20% azalma baş verib. Bunun səbəbi kimi onu demək olar ki, mart-aprel ayında banklar 133 mln. manatlıq dollar aldığı halda 545 mln. manatlıq dollar satıb.
Nəticə etibarı ilə onu demək olar ki, növbəti devalivasiya olacağından ehtiyat edən əmanətçilər banklara dollar şəklində depozit yerləşdirməkdən ehtiyat edir. Bu da əmanətçilərin banklara güvənin olmamasından irəli gəlir.