USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank sektorunda gəlir azalır - 340 MİLYON AZALMA

03.07.2018 Bank
0 0
Azərbaycan banklarının faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri azalıb.

"Kommersant" Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-may ayında 839.7 milyon manat təşkil etmiş gəlirlər, 2018-ci yanvar-may aylarında 700.9 milyon manat təşkil edib (138,8 milyon manat və ya 16,5% azalma).

Kreditlər üzrə faiz gəlirləri 623.8 milyon manatdan 484.1 milyon manata düşüb. Bunu səbəbi bankların müştərilərə ayırdıqları kreditlərin azalması və kredit faizlərinin az da olsa aşağı salınmasıdır.Müqayisə olunan dövrlər üzrə, faizlər ilə bağlı xərclər isə 407.5 milyon manatdan 250.2 milyon manata düşüb.

Bankların qeyri-faiz gəlirləri daha kəskin azalıb. Ötən ilin ilk 5 ayında 408.3 milyon manat təşkil etmiş qeyri-faiz gəlirləri, bu ilin ilk 5 ayında 206.7 milyon manata düşüb (201,6 milyon manat və ya 49,4% azalma).

Qeyri-faiz xərcləri isə cüzi azalıb - 408.3 milyon manatdan 404.9 milyon manata geriləyib.

Ötən ilin yanvar-may dövrü ilə müqayisədə bankların faiz və qeyri-faiz gəlirlərində cəmi azalma 340,4 milyon manat təşkil edib.

Bank sektorunda əməliyyat mənfəəti də azalıb. Əgər banklar ötən ilin ilk 5 ayında 436.7 milyon manat əməliyyat mənfəəti əldə etmişdirlərsə, bu ilin 5 ayında 252.5 milyon manat əməliyyat mənfəəti təmin edilib (42,2% azalma)

Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) ciddi azalmayıb. Ötən ilin ilk 5 aynda 248.6 milyon manat ikən, cari ilin ilk 5 ayında 247.2 milyon manat təşkil edib.

Ötən ilin ilk 5 ayında bank sektoru 178.2 milyon manat xalis mənfəətdə ikən, bu ilin ilk 5 ayında 5.5 milyon manat zərərdə olub.

Mənfəət və zərər haqqında hesabat (Bank sektoru üzrə)

(mln manatla)

Mənfəət və zərər maddələri

31.05.2017

31.05.2018

1. Faiz və gəlirlərin bu qəbildən olan növləri

839.7

700.9

1.1 Kreditlər üzrə faizlər

623.8

484.1

2. Faiz və onlara bağlı xərclər

407.5

250.2

2.1 depozitlər üzrə faizlər

162.3

158.5

3. Xalis faiz gəliri (zərəri)

432.2

450.7

4. Qeyri-faiz gəlirləri

408.3

206.7

5. Qeyri-faiz xərcləri

403.8

404.9

6. Əməliyyat mənfəəti (zərəri)

436.7

252.5

7.Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)

248.6

247.2

8. Digər gəlirlər (xərclər)

2.6

1.4

9. Vergilər ödənilənədək mənfəət (zərər)

190.7

6.7

10. Mənfəətdən vergilər

12.5

12.2

11. Xalis mənfəət (zərər)

178.2

(5.5)