USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu bank maaş kartlarını pulsuz verəcək

13.07.2018 Bank
2 0
Dövlət bankı Azər Türk Bank fəaliyyətinin 23 illiyi münasibətilə hüquqi şəxs və fərdi sahibkarlar üçün xidmət və məhsullar üzrə “Biznesiniz əlavə xərclərsiz!” adlı güzəşt kampaniyasına başlayıb.

Bankın mətbuat xidmətindən “Kommersant”a verilən məlumata görə, kampaniya ərzində Azər Türk Bankla əməkdaşlığa başlayan təşkilatlara, işçiləri üçün, üçillik xidmət müddətli “MasterCard Debet” əməkhaqqı kartları bank tərəfindən, sayına məhdudiyyət qoyulmadan, pulsuz veriləcək və ilk məvacibin köçürülməsi zamanı komissiya tutulmayacaq.

Qeyd edək ki, Azər Türk Bankın müştəriləri əməkhaqqı kartları ilə ölkə daxilində istənilən bankın bankomatından vəsaitlərini çəkdikləri zaman faiz tutulmur.

Bankdan bildirdilər ki, kampaniya dövründə cari hesabların açılması üçün ödəniş tələb olunmayacaq.

Bundan əlavə, bank hüquqi şəxs olan müştərilərinə üçillik xidmət müddətli “MasterCard Business” ödəniş kartı, fərdi sahibkarlara “Sahibkar Kartı” hədiyyə edir.

Kampaniyanın müddəti 9 sentyabrda bitir.

Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Eləcə də, artıq bankla Whats App vasitəsilə də əlaqə saxlamaq mümkündür - (055) 7770-945