USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Unibank"ın kredit portfeli azalıb - HESABAT

16.07.2018 Bank
0 0
Bankın 2018-ci ilin ikinci rübü üzrə maliyyə vəziyyəti məlum olub

"Kommersant" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, bankın faiz gəlirləri 21 milyon 372 min manat, qeyri-faiz gəlirləri 9 milyon 243 min manat, faiz xərcləri 10 milyon 283 min manat, qeyri-faiz xərcləri 28 milyon 343 min manat təşkil edib. Bankın xalis əməliyyat mənfəəti 8 milyon 11 min manat olub. Bank ikinci rübü mənfəətlə başa vurub. Belə ki, bank vergiləri ödədikdən sonra xalis mənfəəti 14 milyon 639 min manat olub.

Bankın kredit portfeli azalaraq 331 milyon 651 min manata enib. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 387 miyon 354 min manat olub. "Unibank"ın cəmi aktivləri 621 milyon 245 min manat təşkil edib. Bankın məcmu kapitalı 78 milyon 787 min manat olub.