USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Xalq Bank"ın kredit portfeli 1,3 mlrd manata çatıb - HESABAT

17.07.2018 Bank
0 0
“Xalq Bank” 2018-ci ilin birinci yarımilliyini 12 milyon 318 min manat xalis mənfəətlə başa vurub

2018-ci ilin II rübünün yekunlarına əsasən ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirib. Bankın aktivləri 2018-ci ilin altı ayı ərzində 9.04% artaraq 1,977.52 mlrd manat təşkil edib. Kredit portfelinin həcmi 2017-ci ilin sonu ilə müqayisədə 1.37% artaraq 1,330.02 mlrd manata çatıb. Bu nəticə ölkənin özəl bankları arasında ən yüksək göstəricidir.

Bankın 1 iyul 2018-ci il tarixinə bankın cəmi kapitalı 273,693 mln manat, nizamnamə kapitalı isə 225,078 mln manat təşkil edir. Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi cari ilin altı ayı ərzində 4.33% artaraq 1,221.62 mlrd manata çatıb. Bank I yarımilliyi 12,318.49 mln manat xalis mənfəətlə başa vurub.

Əlavə olaraq, cari ilin iyul ayında Moody’s Investors Service beynəlxalq agentliyi Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini B3 səviyyəsində təsdiqləmiş, reytinq üzrə proqnozu “Pozitiv”olaraq müəyyən etmişdir.

Cari ilin birinci yarımillikdə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri ilə Xalq Bank ölkənin maliyyə sektorunda lider banklardan biri olaraq öz mövqeyini möhkəmləndirmişdir.