USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Paşa Bank"ın vəziyyəti məlum oldu - HESABAT

18.07.2018 Bank
0 0
Bank ilin yarısını 22 milyon 162 min manat mənfəət açıqladı

"Kommersant" xəbər verir ki, korporativ bankçılığı ilə seçilən "Paşa Bank" 2018-ci ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb. Belə ki, bankın faiz gəlirləri 80 milyon 769 min manat, qeyri-faiz gəlirləri 13 milyon 162 min manat, faiz xərcləri 18 milyon 375 min manat, qeyri-faiz xərcləri isə 38 milyon 256 min manat təşkil edib. Bank mənfəətdən vergilərə 1 milyon 38 min manat ödədikdən sonra xalis mənfəəti 22 milyon 162 min olub. "Paşa Bank"ın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artıb.

Bankın ikinci rüb üzrə müştərilərə verdiyi kreditin həcmi 1 milyard 37 milyon manat olub. Cəmi aktivləri isə 3 milyard 901 min manat təşkil edib. Bank, ehtiyyatlara 14 milyon 100 min manat pul ayırıb. "Paşa Bank"ın bu rüb üzrə cəmi öhdəlikləri 3 milyard 538 min manat olub.