USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AGBank” səhmlərini yenidən satışa çıxaracaq

07.08.2018 Bank
0 0
“AGBank” ASC bu ilin əvvəlində nizamnamə kapitalını 7 mln. manat artırmaq üçün dövriyyəyə buraxdığı, lakin hamısını sata bilmədiyi yeni səhmlərini ilin sonuna qədər realizə etməyə çalışacaq.

"Kommersant.az" xəbər verir ki, “AGBank” yaxın aylarda 5,8 mln. manatlıq səhmini kütləvi təklif üsulu ilə satışa çıxarmağa hazırlaşır. Söhbət hər birinin nominal dəyəri 2 manat olan 2,9 mln. ədəd səhmdən gedir. Qiymətli kağızları tam həcmdə yerləşdirmək mümkün olsa, Bankın nizamnamə kapitalı 5,6% artaraq 109,2 mln. manata çatacaq.

Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Hazırda onun nizamnamə kapitalı 103,4 mln. manatdır. Bankın səhmlərinin 34,34%-i onun Müşahidə Şurasının (MŞ) sədri Çingiz Əsədullayevə, 4,23%-i Beynəlxalq Maliyyə Korporasiyasına (IFC), 2,42%-i “Kazimir Partners” şirkətinə, 5,72%-i Fərzulla Yusufova (MŞ-nın üzvü), 8,2%-i Marçenko Qriqoriyə (Qazaxıstan Mərkəzi Bankının keçmiş sədri, MŞ-nın üzvü), 45,08%-i isə 78 minoritar səhmdara məxsusdur.


© Report