USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft fondunu bank ziyana salıb

27.08.2018 Bank
0 0
2016-cı il ilə müqayisədə 2017-ci ilin sonuna səhmlərin Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində həcmi 9,20%-dən 11,70%-ə qalxıb.

Kommersant.az” Fondun illik hesabatına istinadən xəbər verir ki, ARDNF-nin səhm portfelinin lokal valyutada gəlirliliyi il ərzində 10,57% (ABŞ dollarında 16,61%) təşkil etmişdir. ARDNF səhm portfelinin qiymət dəyişkənliyinin azaldılması məqsədi ilə portfelin böyük hissəsini “MSCI World” indeksinə investisiya etmişdir və bu indeksi replikasiya edən səhm portfeli il ərzində lokal valyutada 18,83% (ABŞ dollarında 22,72%) gəlirlilik göstərmişdir. Daxili idarəetmədə olan və “S&P 100” indeksini replikasiya edən portfel il ərzində lokal valyutada 22% gəlirlilik əldə etmişdir.

ARDNF 2017-ci ildə də Rusiyanın dövlət tərəfindən idarə olunan və aparıcı banklarından biri olan VTB Bankında səhm payına malik olmuşdur. İlin sonuna VTB Bankın səhmlərindən olan gəlirlilik rublda -34,29% (ABŞ dollarında -31,09%) təşkil etmişdir.

2017-ci ildə “MSCI Europe ex-UK” portfelinin gəlirliliyi avroda 11,93% (ABŞ dollarında 26,98%) təşkil etmişdir.


(c) Marja