USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Beynəlxalq Bankın rəhbərliyində dəyişiklik oldu

11.05.2018 Bank
1 0
11 may 2018-ci il tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. Yığıncaqda Bankın Müşahidə Şurasının tərkibində dəyişiklik edilib

"Kommersant.Az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli müvafiq sərəncamı ilə Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş Sahil Babayevi Bankın Müşahidə Şurasında Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov əvəz edib.

Toplantıda Bankın Müşahidə Şurasının Əsasnaməsi də təsdiqlənib.

Şuranın və Audit komitəsinin işlərinin təşkili ilə bağlı digər məsələlərə baxılıb, o cümlədən Audit Komitəsinin yeni tərkibi formalaşdırılıb. Azad Məmmədov Audit Komitəsinin sədri, Zamiq Məmmədov və Vüqar Bədəlov isə Komitə üzvləri təyin edilib.

Eyni gündə Bankın Müşahidə Şurasının da növbəti iclası olub. İclasda əvvəlcə Azərbaycan Beynəlxalq Bankının 2018-ci ilin 4 ayı üzrə maliyyə nəticələrinə dair hesabat dinlənilib. Sonra Müşahidə Şurasının səlahiyyətlərinə aid olan kredit müraciətlərinə və digər bir sıra məsələlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.