USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu bankın lisenziyası iki ildir alınıb, amma ləğv planı təsdiq olunmayıb

21.11.2018 Bank
0 0
Dünən Bakı Apellyasiya Məhkəməsində hakim Kəmalə Abiyevanın sədrliyi ilə keçirilən iclasda müflisləşmiş ən iri bankın “Bank Standard”ın bu ilin I rübü üzrə Ləğv Planı yenə də təsdiq olunmayıb.

"Kommersant.az" bildirir ki, bu barədə “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri, hüquqşünas-ekspert Əkrəm Həsənov rəsmi “facebook” hesabında yazıb. Ekspret bildirib ki, əslində, rüblük plan müvafiq rüb başlamazdan öncə təsdiqlənməlidir. “Artıq cari ilin IV rübünün sonu yaxınlaşır, yəni növbəti ilin I rübü üçün Plan təsdiqlənməlidir. Lakin heç cari ilin I rübünün Planı təsdiqlənməyib. Başqa sözlə, bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) plansız işləyir”.

Ekspertin sözlərinə görə, ƏSF-in vəzifəsi ondan ibarətdir ki, müflis bankın əmlakını satsın, verdiyi kreditləri qaytarsın və nəticədə əldə edilən vəsaiti kreditorlar (o cümlədən əmanətçilər) arasında bölüşdürsün. “Sözügedən fəaliyyət korrupsiya üçün geniş imkanlar yaratdığı üçün ƏSF-in fəaliyyətinə məhkəmə və Kreditorlar Komitəsi nəzarət edir. Lakin ƏSF bu nəzarətdən yayınır”.

“Dünən keçirilən iclasda ƏSF-in nümayəndəsi bildirdi ki, ƏSF təqdim etdiyi Ləğv Planı layihəsinə (cari ilin I rübü üzrə) heç bir dəyişiklik etməyəcək. Həmçinin, ƏSF-in ötən ilin IV rübü üzrə xərclərini (628 785 manat) təsdiqləyəcək sənədləri də təqdim etmədi. Növbəti iclas dekabrın 11-də keçiriləcək”.

Hüquqşünas-ekspert Əkrəm Həsənov​: Planın məzmununda isə bir sıra səhvlər var. Məsələn, ƏSF yazır ki, bankın xalis aktivi var. Müflis bankın xalis aktivi necə ola bilər? ƏSF Mərkəzi Bankın banka qarşı olan tələbini növbədənkənar qaydada ödəməyi planlaşdırır. Halbuki, Mərkəzi Bankın növbəsi sonuncudur. Planda göstərilir ki, bankın strukturunda hələ də Kredit Əməliyyatlarına Nəzarət Departamenti var. Lakin layihədə borc alanlara qarşı aparılan məhkəmə işlərinin siyahısı yoxdur. Ümumiyyətlə, ƏSF borcları yığmaqda çox ləng hərəkət edir.

finans