USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Ərəbistana süd satacaq

04.01.2019 İqtisadiyyat
0 0
Azərbaycan Səudiyyə Ərəbistanına süd tədarükünə başlaya bilər.

"Kommersant.az" xəbər verir ki, bunu Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Samir Eyyubov deyib.

Onun sözlərinə görə, iki Azərbaycan şirkəti süd məhsulları ixrac edir – "Atena" şirkəti Yaxın Şərq ölkələrinə, "MPro" isə Rusiyaya.

S.Eyyubov qeyd edib ki, Assosiasiya qarşısında dayanan əsas məsələ daxili bazarın süd və süd məhsulları ilə təmin olunması, eləcə də bu məhsul üçün yeni standartların tətbiq olunmasıdır.

O əlavə edib ki, ölkədə südlük heyvandarlığın inkişafının stimullaşdırılması üçün addımlar atılır.

Qeyd edək ki, Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası 2018-ci ilin yanvarında yaradılıb. Hazırda Assosiasiya 20 şirkəti özündə birləşdirir.

Trend

  • Əvvəlki

    Banklarda dollar cuzi bahalaşdı

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0