USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Enerji içkiləri bahalaşdı: Aksizdən sonrakı qiymətlər - SİYAHI

08.01.2019 İqtisadiyyat
0 0
Vergilər Nazirliyinin vergi qanunvericiliyinə etdiyi düzəlişlərin tətbiqinə başlanılıb.

"Kommersant.az" xəbər verir ki, qanunun qəbulundan sonra energetik içki məhsullarına tətbiq olunan aksiz vergiləri nəzərə alınaraq cari ildən bu məhsulların yeni satış qiymətləri müəyyən olunub.

Aksiz vergisinin tətbiq olunması nəticəsində qiymətlərin 50% qalxacağı gözlənilsə də, 100% qiymət artımı müşahidə olunan məhsullar da var.

Bizon 0.25l: cari qiyməti 80 qəpik, yeni qiyməti 1.50 qəpik;

Bizon 0,5l: cari qiyməti 1,20 qəpik, yeni qiyməti 2,70 qəpik;

Hell 0,25 l: cari qiyməti 1 manat, yeni qiyməti 2 manat;

Yaguar 0,5 l: cari qiyməti 1,20 qəpik, yeni qiyməti 2,70 qəpik;

Yaguar 8% 0,5 l: cari qiyməti 2,30 qəpik, yeni qiyməti 3,10 qəpik;

Go gold və silver 8% 0,5 l: cari qiyməti 2,20 qəpik, yeni qiyməti 3 manat;

Redbull: 1 l üçün 90 qəpiklik artım müşahidə olunacaq.

Məlumat üçün bildirək ki, ölkədə ən çox istehlak olunan enerji içkilərindən biri "Redbull"un satışı yeni qiymətlərdən sonra əksər mağazalarda dayandırılıb. Mağaza işçilərinin sözlərinə görə, "Redbull"la yanaşı, digər enerki içkilərinin də qiymətində dəyişiklik olduğuna görə hələ ki, satış məhdudlaşdırılıb.

Xatırladaq ki, nazirlik aksizli malların siyahısı və onların vergi dərəcələrini nəzərdə tutan 190-cu maddəyə düzəlişlər təklif etmişdi.

Təklifə əsasən idxal olunan alkoqollu enerji içkilərinin hər litri üçün 2 manat, alkoqolsuz enerji içkiləri üçün 3 manat, hər siqar üçün 1 manat, elektron siqaret üçün qarışığın hər litri üçün 20 manat həcmində aksiz vergisinin tətbiqi nəzərdə tutulur.

  • Əvvəlki

    Yol Polisləri yeni “Mersedes”lə xidmətə başladı

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0