USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan şirkəti 6 milyon avro kredit aldı - 35 DİZEL AVTOBUS ALACAQ

12.07.2018 İqtisadiyyat
0 0
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Bakıda avtobus xidmətinin 20 faizinə nəzarət edən ən iri özəl avtobus operatoru "Xaliq Faiqoğlu" MMC-yə 6 milyon AVRO məbləğində (Azərbaycan manatı ilə) kredit ayrııb

Bu barədə "Kommersant"a AYİB-dən bildirilib.

Layihə çərçivəsində "Xaliq Faiqoğlu" MMC-nin müasir şəhər nəqliyyatı operatoruna transformasiya edilməsi prosesinə dəstək veriləcək.

Layihə sərnişin daşıma və kommersiya nəqliyyat vasitələri üçün Aİ Avro 6 emissiya standartına tam cavab verəcək 35 ədəd yeni alçaq platformalı dizel avtobusu satın alınacaq. Bu avtobuslar köhnə avtobusları əvəzləyəcək və şirkətin illik CO2 emissiyalarını 2,853 ton azaldacaq.

AYİB Azərbaycanda qabaqcıl investisiya təşkilatıdır. Ölkədəki fəaliyyətinə 1992-ci ildən başlayandan bəri Bank maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında icra olunmuş 163 layihəyə 2.8 milyard ABŞ dollarından artıq sərmayə qoymuşdur və həmin sərmayənin 58 faizi özəl təşkilatların payına düşür.