USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Varlılar dekorativ ağaclara 4000 manat xərcləyirlər" - BAĞBANLA VİDEO-MÜSAHİBƏ

27.08.2018 İqtisadiyyat
0 0
Tovuz rayonu, Alakol kənd sakini Şahin Kazımov 50 ilə yaxındır ki, dekorativ ağacların əkilib-becərilməsi ilə məşğul olur.

"Kommersant.az" xəbər verir ki, o, ötən əsrin 70-c illərindən başlayaraq bağbanlığın sirlərini öyrənməyə başlayıb.

20 sot həyətyanı sahəsinə dekorativ, nadir yetişən ağaclar əkib, 200-dən çox gül növü yetişdirib. Şahin Kazımov əsasən Türkiyə, İtaliya və Gürcüstan kimi ölkələrdən gətirilən güllərdən toxum götürərək tingləri satır. Tinglərin qiyməti isə 5-700 manat arasında dəyişir.

Bağbanın bağında hazırda milyondan çox ağac var. Onların qiyməti 600-1500 manat arasında dəyişir. "Sekas" və gümüşü şam ağacı (1500 manat) isə ağacların ən bahalılarıdır. Bağbanın dediyinə görə, onların alıcıları əsasən maddi imkanı yaxşı olan şəxslərdir. Meyvə ağaclarını isə nisbətən az büdcəli insanlar alır. Villasının dekorativ ağaclarla bəzədilməsini istəyən şəxslər isə 500-4000 manat xərcləməlidir.

Şahin Kazımov yaşadığı kəndin, eləcə də Şəmkir, Qazax və Gəncənin yaşıllaşdırılmasına da az əmək sərf etməyib. O, bağını daha da genişləndirmək niyyətindədir.

Ətraflı video-süjetdə:

  • Əvvəlki

    "Facebook" 70-dən çox hesabı bağlayıb

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0