USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şadlıq sarayları məhərrəmlikdə toy edəcək - SİYAHI

14.09.2018 İqtisadiyyat
0 0
Artıq 3 gündür ki, Məhərrəm ayı başlayıb.

"Kommersant.az" xəbər verir ki, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edir. Bu ayın başlanması ilə Azərbaycanda "toy edək, yoxsa etməyək?" kimi ənənəvi sual ətrafında müzakirələrə start verilib.

Qeyd edək ki, məhərrəmlik müsəlman aləmində matəm ayı hesab olunduğu üçün, əksər insanlar toyu bu aydan sonrakı təqvimlərə keçirirlər.

Bəs görəsən Məhərrəm ayında şadlıq saraylarında toy keçirilirmi?

Suala cavab məqsədi ilə paytaxtda fəaliyyət göstərən bir neçə restoranla əlaqə saxladıq. Sentyabrın 27-də toy etmək üçün şadlıq sarayında yerin olub-olmadığını soruşduq. Məlum oldu ki, onlardan yalnız birində - "Neolit"də məhərrəmlik ayında toy keçirilmir.

Məhərrəmlikdə toy keçirən restoranların siyahısını təqdim edirik:

"Buta Palace";

"Cratos";

"Ay İşığı";

"Neon Palace";

"Bakı Əyləncə Mərkəzi";

"Yeganə" şadlıq sarayı.