USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ATİB-in yeni heyəti müəyyənləşdi - SİYAHI

10.05.2018 İqtisadiyyat
0 0
Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ümumi yığıncağının növbəti iclası keçirilib

"Kommersant.Az" ATİB-in mediaya yaydığı məlumata istinadən xəbər verir ki, prosedura uyğun olaraq yığıncağın iştirakçıları tərəfindən iclasın sədri və katiblər seçilib, həmçinin iclasın gündəliyi təsdiq edilib.

Ümumi yığıncaqda çıxış edən Türkiyə səfiri Erkan Özoral, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov, İqtisadiyyat və Vergilər Nazirliyinin nümayəndələri, AZPROMO prezidenti Rüfət Məmmədov, Deik Türkiyə Azərbaycan İş Konseyi sədri Selçuk Akat, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turganer, TÜİB sədri Hüseyn Büyükfırat ATİB haqqında öz dəyərli fikirlərini bildiriblər.

Gündəliyə uyğun olaraq əvvəlcə ATİB İdarə Heyətinin 2017-ci il üzrə hesabatı iclas iştirakçılarına təqdim edilib. Daha sonra təftiş komissiyasının 2017-ci il üzrə fəaliyyəti barədə hesabat, komissiya tərəfindən təqdim edilmiş rəyə əsasən birliyin 2009-cu il üzrə illik balansı və maliyyə hesabatları iclas iştirakçıları tərəfindən təsdiqlənib.

İclas zamanı birliyin nizamnaməsinin 9.2.3. bəndinə əsasən İdarə Heyətinin tərkibi və İdarə Heyətinin sədri seçilməsi məsələsinə baxılıb və aşağıdakı qərarlar qəbul edilib:

1. Cemal Yangın (İstanbul Çarşı Import Export Ltd) – İdarə Heyətinin sədri

2. Avni Demirçi (Ziraat Bank Azərbaycan) – İdarə Heyətinin üzvü

3. Erdinç Güzel ("Azərbaycan Koka Kola Bottlers Ltd" MMC) – İdarə Heyətinin üzvü

4. Etibar Babaşlı (AtaBank Azərbaycan) – İdarə Heyətinin üzvü

5. Xəyal Rəhimov ("Real Təmizlik" MMC) – İdarə Heyətinin üzvü

6. Kaya Karslı ("İstanbul Reklam Market" MMC) – İdarə Heyətinin üzvü

7. Kəmaləddin Mənsimov ("Nabucco Memarlıq və İnşaat" MMC) – İdarə Heyətinin üzvü

8. Mürsəl Rüstəmov ("Positive Consulting" MMC) – İdarə Heyətinin üzvü

9. Osman Şahin ("Schneider Electric Middle East Projects") – İdarə Heyətinin üzvü

10. Oktay Vayiç (Network Global Logistics MMC)– İdarə Heyətinin üzvü

11. Rafiq Qarayev ("RR Group of Companies" MMC)- İdarə Heyətinin üzvü

İclasda Təftiş Komissiyasına yeni üzvlər seçildi və tərkib aşağıdakı kimidir:

1. Könül Quliyeva (PricewaterhouseCoopers (PWC))– Təftiş Komissiyasının sədri

2. Qorxmaz Ağayev (Ata Holding) –Təftiş Komissiyasının üzvü

3. Fatih Güven (Güven Tour) –Təftiş Komissiyasının üzvü

İclas iştirakçıları həmçinin ATİB-in 2018-ci il üçün ştat cədvəli və büdcəsini təsdiq ediblər.

  • Əvvəlki

    İş həyatına satıcı kimi başladı turizm şirkəti qurdu

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0