USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha bir ofis açır

06.11.2018 İqtisadiyyat
0 0
"Amazon", iki şəhərdə ikinci mənzil-qərargah açmaq niyyətindədir.

"Kommersant.az" xəbər verir ki, "The New York Times"ın məlumatına görə, şirkətin Nyu-Yorkun Kuins dairəsində və Virciniya ştatının Kristal-Siti şəhərində mənzil-qərargahlarının tikintisinə başlanması üçün danışıqlar apardığı bildirilir. Bu isə həmin ərazilərdə "Amazon" əməkdaşlarının çox olması ilə bağlıdır. Hər mənzil-qərargahda şirkətin 25 minə yaxın əməkdaşı yerləşdiriləcək.

Qeyd edək ki, "Amazon"un Şimali Amerikada ikinci qərargah açması məsələsi ötən ilin sentyabrından gündəmdədir. Şirkət rəsmiləri həmin vaxt bildirmişdilər ki, yeni baş ofisin tikintisə 5 milyard dollardan da çox pul ayrılacaq.

Xatırladaq ki, "Amazon", internet vasitəsilə xidmət və mal satışı ilə məşğuldur. Şirkətin əsası 1994-cü ildə Cef Bezos tərəfindən qoyulub.