USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şirkət 12500 manat cərimələndi

20.11.2018 İqtisadiyyat
0 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Binəqədi rayonu, 1-ci Mədən, korpus 2-də yerləşən qara metal əritmə sexindən ətrafa tüstü və qoxunun yayılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq keçirilib.

Nazirliyin Mətbuat xidmətindən "Kommersant.az"a verilən məlumata görə, atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb. Analizlərin nəticələrinə görə atmosfer havasına atılan tullantıların miqdarının normadan yüksək olduğu məlum olub.

Araşdırma zamanı qara metal əritmə sexinin "Fərid-RL" MMC-yə məxsus olduğu müəyyən edilib. Faktla bağlı MMC barəsində protokol tərtib olunub və hüquqi şəxs qismində 12500 manat məbləğində cərimə edilməsi üçün toplanmış sənədlər Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Atmosfer havasının çirklənməsinin qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün "Fərid-RL" MMC-yə icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.

marja

  • Əvvəlki

    İşəgötürənləri 2000 manatdan - 4000 manat-a kimi cərimə gözləyir - SANKSİYA

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0