USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Xanımlara daha çox iş imkanları yaradılsın" - VİDEO-MÜSAHİBƏ

03.08.2018 İqtisadiyyat
0 0
"İş xanımı" rubrikamızın bu dəfəki müsahibi "Dinamo Hotel Baku"nun PR və Marketinq üzrə meneceri Aysel Kazımovadır.

"Kommersant.az" xəbər verir ki, biznesin idarə edilməsi ixtisası üzrə Türkiyədə təhsil alan qonağımız Avstriya, Braziliya, Türkiyə, Türkmənistan, Rumıniya, Böyük Britaniya kimi ölkələrdə yaşayıb. Əsasən beynəlxalq şirkətlərlə əməkdaşlıq çərçivəsində idman yönümlü layihələr həyata keçirib. Marketinq və brend üzrə ixtisaslaşan Aysel xanım 6 ilə yaxındır ki, bu sahədə çalışır. Azərbaycana ötən ilin oktyabrında yeni layihə ilə qayıdan müsahibimizi "Dinamo Hotel Baku"nun özünü bazarda təqdimetmə tərzi cəlb edib. Dekabr ayından etibarən hoteldə iş fəaliyyətinə başlayıb.

İşini sevən, ünsiyyətdə olduğu hər kəsə xüsusi qayğı ilə yanaşmağa çalışan həmsöhbətimiz hesab edir ki, Azərbaycan xanımları iradəli və güclüdür. O, xanımların təhsil almasını və onlara daha geniş iş imkanlarının yaradılmasını dəstəkləyir.

Aysel xanım "Xanım istərsə?" sualını isə belə cavablandırıb:

"Xanım istərsə uğurlu iş xanımı, qayğıkeş ana, eyni zamanda həyat yoldaşı olmağı bacarar".

Müsahibənin videosunu təqdim edirik:

  • Əvvəlki

    Avtobuslara çip yerləşdiriləcək

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0