USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Geyimlərimin qiyməti yoxdur" - VİDEO-MÜSAHİBƏ

23.08.2018 İqtisadiyyat
0 0
"Kommersant.az"ın "İş xanımı" layihəsinin bu dəfəki qonağı Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovadır.

20 ilə yaxındır ki, modelyer-dizayner kimi fəaliyyət göstərən müsahibimiz hesab edir ki, az məbləğlə iş qurmaq mümkündür:

"Ətrafımda sıfırdan başlayan, çox az pulla iş quran kifayət qədər iş xanımları var. Zəhmət və işə olan sevgi uğur üçün əsas göstəricilərdir. Peşəsini sevən insan heç vaxt yorulmaz".

Gülnarə Xəlilova məşhur brendlərin ideyalarını təkrarlayan moda evlərinin açılmasını önəmli hesab etmir. Onun fikrincə, moda gəlirli biznes sahəsi deyil. Müsahibimiz həmişə güclü Azərbaycan xanımlarının bir-birinə dəstək olmasını vacib sayır. Hesab edir ki, "Qadın istərsə dağı dağ üstə qoyar".

Geyiminə qarşı diqqətli olan modelyer-dizayner xanımlara, getdiklərə məkana uyğun geyim seçimi etmələrini tövsiyə edir:

"Düzgün geyim üçün insanın ən yaxın dostu güzgüdür. Özünə qarşı tənqidi yanaşmağı bacaran, pisi yaxşıdan ayırd edə bilən insanlar uğur qazanmaqla yanaşı, zövqləri də formalaşacaq".

Gülnarə xanım yaradıcılığında olan kolleksiyaları satmır və hazırladığı geyimlərə qiymət qoymaq onun üçün çətin olur.

Modelyer-dizayner ilə hazırladığımız video-müsahibəni təqdim edirik:

  • Əvvəlki

    TAP-ın tikintisi üzrə işlər maksimum hündürlüyə çatıb

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0