USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident ipoteka ilə bağlı fərman imzaladı

04.12.2018 İnşaat və Əmlak
0 0
Prezident İlham Əliyev "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1298-VQD nömrəli Qanununun tətbiqi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan prezidentinin 2005-ci il 7 iyun tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

"Kommersant.az" xəbər verir ki, qanunun birinci maddəsində aşağıdakı dəyişikliklər edilib:

1.1. 1.0.2-ci maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı sənədsiz adlı qiymətli kağız formasında rəsmiləşdirilir;”;

1.2. Aşağıdakı məzmunda 1.0.3-1-ci maddə əlavə edilsin:

"1.0.3-1. daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının mülkiyyətçisi – ipoteka kağızının elektron sistemində (bundan sonra – elektron sistem) ipoteka kağızına mülkiyyət hüququ rəsmiləşdirilmiş şəxsdir;”;

1.3. 1.0.5-ci maddədə "qanuni sahibidir” sözlərindən sonra "(mülkiyyətçisidir)” sözü əlavə edilsin;

1.4. 11.4-cü maddədə hər iki halda "verilməsi” sözündən sonra "və ya rəsmiləşdirilməsi” sözləri əlavə edilsin;

1.5. 12-ci maddə üzrə:

1.5.1. aşağıdakı məzmunda 12.4-1-ci və 12.7-1-ci maddələr əlavə edilsin:

"12.4-1. Daşınmaz əmlak üzərində ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, dövlət qeydiyyatı orqanı elektron sistem vasitəsilə ipoteka kağızı haqqında məlumatları əldə edir.
12.7-1. Daşınmaz əmlak üzərində ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, ipoteka kağızında dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyat anı (tarixi və saatı) və nömrəsi göstərilməklə, qeydiyyat orqanının səlahiyyətli şəxsinin elektron imzası ilə imzalanır və ipoteka saxlayana və ipoteka qoyana elektron sistem vasitəsilə bildiriş göndərilir.”;

1.5.2. 12.8-ci maddənin ikinci cümləsinə "ipoteka kağızının surəti” sözlərindən sonra "(daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla)” sözləri əlavə edilsin;

1.6. 14.5-ci maddədə "ipoteka kağızı üzərində” sözləri "ipoteka kağızında” sözləri ilə əvəz edilsin;

1.7. 17-ci maddə üzrə:

1.7.1. 17.1-ci maddənin birinci cümləsində "verilə bilər” sözləri "verilə və ya rəsmiləşdirilə bilər” sözləri ilə əvəz edilsin;

1.7.2. aşağıdakı məzmunda 17.3-1-ci maddə əlavə edilsin:

"17.3-1. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı elektron sistemdə elektron qaydada bu Qanunun 17.4-cü maddəsi ilə müəyyən edilmiş şəxs tərəfindən tərtib edilir və elektron sistem bu barədə ipoteka qoyana elektron bildiriş göndərir.”;
1.7.3. 17.4-cü maddənin ikinci cümləsinə "tərtib edən” sözlərindən sonra "(daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla)” sözləri əlavə edilsin;

1.7.4. aşağıdakı məzmunda 17.4-1-ci maddə əlavə edilsin:

"17.4-1. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”;

1.7.5. 17.5-ci maddədə "verilməsinə” sözü "verilməsinə və ya rəsmiləşdirilməsinə” sözləri ilə əvəz edilsin;

1.8. 18-ci maddə üzrə:

1.8.1. 18.1-ci maddəyə "ilkin ipoteka saxlayana verilərkən” sözlərindən sonra "və ya ilkin ipoteka saxlayanın adına rəsmiləşdirilərkən,” sözləri əlavə edilsin;

1.8.2. 18.1.11-ci maddəyə "verildiyi” sözündən sonra "və ya rəsmiləşdirildiyi” sözləri əlavə edilsin;

1.8.3. 18.2-ci maddəyə "başqa şəxslərə verilməsini” sözlərindən sonra "və ya başqa şəxslərin adına rəsmiləşdirilməsini” sözləri əlavə edilsin;

1.8.4. aşağıdakı məzmunda 18.3-1-ci maddə əlavə edilsin:

"18.3-1. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının forması elektron sistemdə müəyyən edilir. Elektron sistemin inzibatçılığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.”;

1.8.5. 18.4-cü maddənin birinci cümləsinə "verilməsini” sözündən sonra "və ya rəsmiləşdirilməsini” sözləri əlavə edilsin;

1.9. aşağıdakı məzmunda 19.1-1-ci maddə əlavə edilsin:

"19.1-1. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.”;

1.10. aşağıdakı məzmunda 20.1-1-ci və 20.2-1-ci maddələr əlavə edilsin:

"20.1-1. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı üzrə hüquqların verilməsi elektron sistemdə ipoteka kağızında digər şəxsin xeyrinə elektron imza ilə verilmə qeydinin (indossamentin) edilməsi və bu şəxsə elektron sistemdə bildiriş göndərilməsi yolu ilə həyata keçirilir.

20.2-1. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı üzrə hüquqlar başqa şəxsin adına rəsmiləşdirildikdə, ipoteka müqaviləsi həmin şəxsə təqdim edilir və həmin şəxs ipoteka müqaviləsi üzrə ipoteka saxlayanın bütün hüquq və vəzifələrini əldə edir.”;
1.11. Aşağıdakı məzmunda 21.1-1-ci, 21.2-1-ci və 21.5-1-ci maddələr əlavə edilsin:

"21.1-1. Daşınmaz əmlaka münasibətdə ipoteka saxlayan elektron sistemdə ipoteka kağızında əsas öhdəliyin icrası barədə qeydlər aparmalıdır. Həmin qeydlər barədə ipoteka qoyana elektron sistem vasitəsilə bildiriş göndərilməlidir.

21.2-1. Elektron sistemdə daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızında əsas öhdəliyin qismən icrası barədə qeydin və ya başqa cür təsdiqin olması göstərir ki, bu öhdəlik və ya onun müvafiq hissəsi icra edilmişdir. Elektron sistemdə ipoteka kağızına xitam verilməsi əsas öhdəliyin yerinə yetirilməsini təsdiq edir.

21.5-1. Bu Qanuna uyğun olaraq daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızına xitam verildikdə, ipotekanın dövlət qeydiyyatını aparan orqan müvafiq reyestrdə qeydlər aparmalıdır.”;

1.12. 23-cü maddənin mətni 23.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 23.2-ci maddə əlavə edilsin:

"23.2. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızına elektron sistemdə ipoteka saxlayan tərəfindən könüllü olaraq və ya bu Qanunun 48-ci maddəsində nəzərdə tutulmuş hallarda xitam verilir.”;

1.13. 35.1.2-ci, 36.2.3-cü və 38.1-ci maddələrə "verildiyi” sözündən sonra "və ya rəsmiləşdirildiyi” sözləri əlavə edilsin.

Qanunun ikinci maddəsinin keçid müddəaları:

2.1. Bu Qanun qüvvəyə mindiyi tarixədək dövlət qeydiyyatına alınmış daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı öz hüquqi qüvvəsini saxlayır.

2.2. "İpoteka haqqında” Azərbaycan Qanununun 1.0.3-1-ci maddəsində nəzərdə tutulan elektron sistem fəaliyyətə başlayana qədər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının dövlət qeydiyyatı bu Qanun qüvvəyə mindiyi tarixədək "İpoteka haqqında” Azərbaycan Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan qanunlarının və Azərbaycan prezidentinin aktlarının "İpoteka haqqında” Azərbaycan Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;

"İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 17.4-1-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi qaydasını təsdiq edib Azərbaycan prezidentinə məlumat vermək;

Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə həmin Qanunun 1.0.3-1-ci maddəsində nəzərdə tutulan elektron sistemin fəaliyyətə başlamasının təmin edilməsi ilə bağlı tədbirlər görmək;
amərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

  • Əvvəlki

    Samir Şərifovdan manatla bağlı VACİB AÇIQLAMA - Məzənnənin kəskin...

Digər xəbərlər

31.01.2024 İnşaat və Əmlak
Agentliyin mərtəbəsinin təmirinə 650 min ayrıldı
0 0
30.01.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil almaqda - DƏYİŞİKLİK
0 0
23.01.2024 İnşaat və Əmlak
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
0 0