USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

1,3 milyonluq evi 19 dollara satır - FOTOLAR

29.01.2019 İnşaat və Əmlak
0 0
Kanadada Alla Vaqner adlı qadın 1,3 milyon dollar dəyərində olan evini 19 dollara satır.

"Kommersant.az" axşam.az-a istinadən xəbər verir ki, evin satışını fərqli şəkildə həyata keçirən Vaqner alıcılardan 19 dollar ödəyib, məqalə yazmaqlarını istəyir.

1,3 milyon dolları yığanadək insanlardan məqalə alan qadın sonda ən yaxşı məqalənin sahibinə 19 dollar qarşılığında evini həvalə edəcək.

"Məktubu yaz, evi al" adlı lotoreya təşkil edən Allanın yarışması 5 yanvar tarixindən start götürüb. Alla Feysbuk hesabında bildirib ki, sağlamlığı yerində olmadığına görə evi satır. Lakin bu evin düzgün bir adama həvalə edilməsini istəyir.

Qeyd edək ki, yarışma aprel ayınadək davam edəcək. Səsvermə nəticəsində 500 finalistdən 1 nəfər qalib seçiləcək.

Onu da bildirək ki, 1,3 milyon dolların yığılması üçün yarışmada 60 min adam iştirak etməlidir.

  • Əvvəlki

    Sahil Babayev pensiyalardan danışdı - CİDDİ ARTIM OLACAQ

Digər xəbərlər