USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Torpaq sahələrində qanunsuz tikililəri peykdən görmək mümkün olacaq

06.06.2018 İnşaat və Əmlak
0 0
Azərbaycanda bütün torplaqlarda baş verən yanğın, qanunsuz tikili və digər məlumatları peykdən görmək mümkün olacaq.

"Kommersant"ın xəbərinə görə, bunu Əmlak Məsələri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, Azərbaycanda vahid torpaq fondu məlumat bazası hazırlanır.

R.Cəlilovun sözlərinə görə, torplaq fondu və balansı düzgün şəkildə həyata keçiriləcək.

Dövlət Komitəsi sədrinin müavini qeyd edib ki, ölkənin vahid torpaq fondu məlumat bazası hazır olduqdan sonra bütün dövlət qurumları bundan istifadə edəcək: “Torpaqlara nəzrəti təkcə müfəttiş vasitəsilə deyil, gələcəkdə elektron formada da həyata keçirmək istəyirik. Bununla bağlı xarici təcrübə öyrənilib. Sloveniya şirkəti ilə müqavilə imzalanıb. Onlar bizim üçün torpaqlara peyklə nəzrətlə bağlı sistem hazırlayacaqlar. Bununla da bütün torplaqlarda baş verən yanğın, qanunsuz tikili və digər məlumatları öyrənmək mümkün olacaq”.

  • Əvvəlki

    Azərbaycanda vəkillər ixtisas imtahanı verəcəklər

Digər xəbərlər