Lənkəranda yol tikintisinə 9,1 milyon manat - SƏRƏNCAM
0
0
Prezident İlham Əliyev avqustun 17-də “Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
"Kommersant.az" AZƏRTAC-a istinadən xəbər verir ki, yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daştatük–Biləsər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Digər xəbərlər
15.03.2024
İnşaat və Əmlak
Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulmasına dair yeni qadağa müəyyənləşdi
0
0