USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AİB Gürcüstandan Azərbaycana gələn əsas magistralın təmirinə 119 milyon GEL vəsait ayırıb

23.08.2018 İnşaat və Əmlak
0 0
Gürcüstandan Azərbaycana gələn əsas magistral yolunun Tbilisi-Rustavi hissəsinin tikintisi üçün maliyyə vəsaiti tapılıb.

"Kommersant.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Asiya İnkişaf Bankı bu yolun tikintisi üçün 119 milyon GEL (təqribən 46,2 milyon dollar) həcmində kredit ayırıb.
Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Bələdiyyələrin İnkişaf Fondundan məlumat verilib.
Hazırda bu yolun ikinci hissəsində tikinti işləri davam edir. Bu hissənin ümumi uzunluğu 800 metrdir. Üç hissəyə bölünmüş yeni avtomagistralın ümumi uzunluğu isə 17,4 kilometrdir. Magistralın 1-ci və 3-cü hissələrinin tikintisi 2014-cü ildə başlanılıb və 2016-cı ildə başa çatdırılıb.
Fonddan bildiriblər ki, Gürcüstanı Azərbaycan ilə birləşdirən Tbilisi-Rustavi yolunun tikintisinin başa çatdırılması bu magistralda yol hərəkətinin təhlükəsizliyi və rahatlığına zəmin yaradacaq.

  • Əvvəlki

    İdxal və ixracda tütün və tütün məmulatlarının balansı bərabərləşib

Digər xəbərlər

28.03.2024 İnşaat və Əmlak
Bakıda bu evlər bahalaşıb
0 0