USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əmlakın qeydiyyata alınması sadələşir - AKSİYA

01.10.2018 İnşaat və Əmlak
0 0
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” adlı sosial aksiya bu həftə Abşeron rayonu, Novxanı kəndində keçiriləcək.

Komitənin mətbuat xidmətindən "Kommersant.az"a daxil olan məlumata görə, vətəndaşların rahatlığını təmin edərək bütün növ daşınmaz əmlakın qeydiyyat xidmətləri səyyar formada təqdim ediləcək. Sakinlər 1-5 oktyabr tarixlərində, saat 09:00-dan 17:00-dək Novxanı kəndi, Şıxəli Qurbanov küçəsi 1 (Novxanı İcra Nümayəndəliyinin qarşısında) ünvanındakı mobil ofislərə yaxınlaşa bilər.

Əlçatan xidməti sürətli və müasir üsullarla vətəndaşlara təklif edən bu layihə ərazi idarəsinə getmədən fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakları qeydiyyata almağa şərait yaradır.

  • Əvvəlki

    Hər hektardan 2 ton məhsul götürüləcək

Digər xəbərlər