USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Fiat Doblo" 3500 manata satıldı

06.11.2018 İnşaat və Əmlak
0 0
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 6 noyabr tarixində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

"Kommersant.az" Komitəyə istinadla xəbər verir ki, bu ayın ilk hərracında özəlləşdirilən dövlət əmlakları paytaxtla yanaşı, Ağdaş və Gəncə şəhərlərində yerləşir. Xidmət sahəsində əlverişli fəaliyyətə imkan verən belə obyektlərdən biri Bakının Xətai rayonu, S.Senyuşkin küçəsindədir. Ümumi faydalı sahəsi 49.9 kv.m olan bu dövlət əmlakı üçün 2 vətəndaş sifariş verib. Hərracda 12 min 500 manat təklif edən iştirakçı prosesin qalibi olub. Digər bir iaşə obyekti kimi istifadəyə imkan verən əmlak Ağdaş şəhəri, 20 yanvar küçəsində yerləşir. Onun ümumi faydalı sahəsi 15.1 kv.m-dir. Yerləşdiyi ərazi və uyğun satış qiyməti ilə bu obyekt sahibi üçün kiçik sahibkarlıq fəaliyyətində əlavə imkanlar yarada biləcək.

Bu dəfə özəlləşməyə çıxarılan nəqliyyat vasitələrindən biri olan "Fiat Doblo" markalı avtomobil də vətəndaş marağına səbəb olub. Belə ki, bu avtomobilin hərracında vətəndaş son qiymət olaraq 3 min 500 manat təklif edib.

Qeyd edək ki, 13 noyabrda növbəti hərrac təşkil ediləcək. Bu hərraca ümumilikdə 73 dövlət əmlakı çıxarılıb. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 10-u nəqliyyat vasitəsi, 3-ü isə yarımçıq tikilidir. Dövlət əmlakları ilə tanış olmaq, hərracın sifarişçisinə çevrilmək, prosesə onlayn qatılmaq üçün Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir.

  • Əvvəlki

    Azərbaycanlı külli miqdarda brilyantla aeroportda saxlanıldı - VİDEO

Digər xəbərlər

31.01.2024 İnşaat və Əmlak
Agentliyin mərtəbəsinin təmirinə 650 min ayrıldı
0 0
30.01.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil almaqda - DƏYİŞİKLİK
0 0
23.01.2024 İnşaat və Əmlak
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
0 0