USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mənzil bazarında qiymətlər bahalaşıb

19.11.2018 İnşaat və Əmlak
0 0
2018-ci ilin oktyabr ayında ilkin mənzil bazarında qiymətlər bahalaşıb.

"Kommersant.az" xəbər verir ki, 2018-ci ilin oktyabr ayında ilkin mənzil bazarında qiymətlər 3,12% - 1 224 manatadək (1 kv.m), təkrar bazarda isə 2,57% - 1698 manatadək bahalaşıb. Bir mənzilin kirayə haqqı 2,45% - 920 manatadək, kommersiya obyektlərinin icarə haqqı isə 2,66% - 15,73 manatadək (1 kv.m) artıb.

Daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət ibrahimovun açıqlamasına görə, hesabat ayında qiymət artımı kommersiya obyektləri və torpaq bazarı istisna olmaqla, demək olar ki, bütün seqmentləri əhatə edib.

Bakının daşınmaz əmlak bazarında oktyabr ayında qiymət indikatoru sentyabr ayının sonuna olan göstərici ilə müqayisədə 0,14% bahalaşıb. Bir sot torpağın qiyməti 1,1% - 21,218 min manatadək, kommersiya obyektlərinin qiyməti 5,27% - 2,412 min manatadək (1 kv.m) ucuzlaşıb.

Ekspert qeyd edib ki, Bakının daşınmaz əmlak bazarında qiymətlərin bahalaşması təkliflər portfelinin strukturunun dəyişməsi ilə bağlıdır.

“Portfeldə, əsasən, bahalı mənzillər qalıb və bu da orta qiymətlərin artımını şərtləndirən amildir. Bundan başqa, payız aylarında hər zaman fəallığın artması müşahidə olunur ki, bu da qiymətlərə təsirsiz ötüşməyib”.

Oxu.az

  • Əvvəlki

    Ölkədə elektrik və istilik enerjisinin sərfiyyatı artıb

Digər xəbərlər

31.01.2024 İnşaat və Əmlak
Agentliyin mərtəbəsinin təmirinə 650 min ayrıldı
0 0
30.01.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil almaqda - DƏYİŞİKLİK
0 0
23.01.2024 İnşaat və Əmlak
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
0 0