USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Banklar arasında "Duel" keçiriləcək - YENİ YARIŞMA

14.09.2018 Bank
0 0
Hər gün banklar arasında müxtəlif mövzularda yarışma keçiriləcək.

Kommersant.Az maliyyə portalı "Bankların Dueli" adlı yeni layihəyə strat verir.

Bu layihədə hər gün püşkatma ilə seçilmiş 2 bank bir mövzuda qarşı-qarşıya gələcək. Belə ki, üz-üzə gələn iki bank nağd pul kreditinin faizləri və müddəti ilə bağlı mübarizə apardıqdan sonra əmanətlər, debet kart, lombard krediti və s. mövzularda qarşı-qarşıya gələcək. Siyahı üzrə bütün bankların iştirak edəcəyi layihə 17 sentyabr tarixindən etibarən hər gün təqdim ediləcək.

Mövzu üzrə keçiriləcək dueldə üstünlük qazanan bank qalib sayılacaq.

Qeyd edək ki, 17.09.2018 -ci il tarixində start veriləcək layihənin ilk yarışmaçıları "AmrahBank" və "Bank of Baku" olacaq. Bu iki bank həftənin ilk iş günündə nağd pul krediti ilə bağlı güclərini ortaya qoyaraq müştərilərinə hansı bankın daha sərfəli kredit verdiyini sübut edəcək.

Gözünüz bizdə olsun. Çox maraqlı olacaq.