USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Express Bank" və "Rabitə Bank"ın kredit qırğını - NƏTİCƏ, QALİB

12.10.2018 Bank
0 0
“Bankların Dueli” yarışmasının bu günki rəqibləri “Express Bank” və “Rabitə Bank”dır.

"Kommersant.az" xəbər verir ki, hər iki bank lombard krediti üzrə yarışa çıxıb. "Express bank"ın 15 min manatadək təklif etdiyi lombard kreditini "Rabitə Bank" 10 min manatadək rəsmiləşdirə bilir. Hər iki bank lombard kreditini manatla verir. Kreditin müddətinə görə rəqibi "Express Bank"a məğlub olan "Rabitə Bank" illik faiz dərəcəsinə görə meydan yoldaşını qabaqlayır. Belə ki, lombard kreditini 29% - 30% -lə təqdim edən "Rabitə Bank" rəqibini bu bəndlə 6% qabaqlayır. Hər iki bank komissiya və kreditin nağdlaşdırma haqqı üçün 1% əlavə xərc tələb edir. Zərgər haqqı isə hər iki bankda 10 manat təşkil edir.

Faiz dərəcəsinin daha yüksək olduğu üçün məğlub olan "Express Bank" bu günün qalib bankı titulunu rəqibi "Rabitə Bank"a qazandırır.

Xatırladaq ki, duelə çıxan banklar püşkatma yolu ilə müəyyənləşir.

Hər iki bankın lombard krediti üzrə şərtlərini sizə təqdim edirik:

Express Bank

Şərtlər

Rabitə Bank

300 – 15.000

Kreditin Məbləği

300 – 10.000

Manat

Valyuta

Manat

3 – 30 ay

Kreditin Müddəti

3 - 24 ay

26% - 36%

İllik Faiz Dərəcəsi

29% - 30%

10 Manat

Qiymətləndirmə Haqqı

10 Manat

1%

Komissiya Haqqı

1%

1%

Nağdlaşdırma Haqqı

1%