USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

15.01.2019 İqtisadiyyat
0 0
"Yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir".

"Kommersant.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, havanın kəskin dəyişməsinə səbəb ölkə ərazisinə Aralıq tsiklinin yaxınlaşmasıdır: "Yanvarın 17-dən ilk olaraq Naxçıvan Muxtar Respublikasından, Dağlıq Qarabağ, Qazax, Gəncə bölgəsində bu proses özünü göstərəcək. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33 m/s, arabir 35-38 m/s-ə çatacağı ehtimal olunur".

U.Tağıyeva əlavə edib ki, ötən günlə müqayisədə havanın temperaturu kəskin 10 dərəcə aşağı enəcək: "Respublikanın rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Yanvarın 17-dən 18-ə keçən gecə rayonlarda yolların buz bağlama ehtimalı var. Eyni zamanda, yanvarın 17-də Bakıda və Abşeron yarımadasında yağıntının sulu qara, qara keçəcəyi gözlənilir və havanın temperaturu 0-2 dərəcə isti olacaq".

O əlavə edib ki, dənizdə dalğanın hündürlüyü 6-8 metrə qədər qalxacaq.

  • Əvvəlki

    Ziya Məmmədovun oğlunun İngiltərədəki əmlakı araşdırılacaq - KOMİSSİYA YARADILDI

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0