USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda yenidən anomal istilər olacaq - TARİX

03.07.2018 İqtisadiyyat
0 0
"İyul ayının ikinci və üçüncü ongünlüyünün bəzi günlərində Azərbaycanda yenidən anomal istilərin olacağı gözlənilir".

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ­Ekol­oji ma­arifləndirmə və­ icti­maiyyətlə əlaqəl­ər ş­öbəsinin icti­mai­ təşkilatlarla iş, ek­ol­oji maarifləndirmə ­v­ə elm sektorunun müd­­iri Umayra Tağıyeva bildirib.

O deyib ki, anomal istilərin müşahidə olunduğu günlər havada rütubətliliyin nisbətən yüksək olması istilik effektini kəskinləşdirən amildir: "İyul ayının növbəti günlərində də anomal istilərin olması ilə bağlı xəbərdarlıq insanların sağlamlıqlarını qoruması və diqqətli olmaları məqsədi daşıyır. Vətəndaşlarımız xüsusilə saat 10:00-dan 17:00-dək vacib olmadığı hallarda açıq havada qalmasınlar. Ən əsas isə uşaqları və yaşlı insanları anomal istilərdən qorumaq lazımdır, çünki onlar daha həssasdırlar, anomal istilər olan günlərdə o insanların ev şəraitində olmaları məsləhətdir".

İyulun 5-dən etibarən Azərbaycanda havanın temperaturu aşağı enəcək

"İyul ayının 5-dən etibarən Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilir".

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ­Ekol­oji ma­arifləndirmə və­ icti­maiyyətlə əlaqəl­ər ş­öbəsinin icti­mai­ təşkilatlarla iş, ek­ol­oji maarifləndirmə ­v­ə elm sektorunun müd­­iri Umayra Tağıyeva d­­eyib.

O bildirib ki, iyulun 5-dən etibarən ölkə ərazisində havanın temperaturu günü-gündən aşağı enəcək: "Üç gün ərzində, yəni iyul ayının 8-dək arabir güclənən şimal-qərb və şimal küləyi üstünlük təşkil edəcək".