USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Balıqovlama biletinin qiymətləri - AÇIQLANDI

02.10.2018 İqtisadiyyat
0 0
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və daxili su hövzələrində balıq ovlamaq üçün verilən kvota və balıqovlama biletləri ödənişlidir və qiymətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il 146 №-li qərarı ilə tənzimlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Kommersant.az"a daxil olan məlumata görə, bir ton balıq ovuna icazə alınması üçün Kütüm, Şamayı, Xəşəm, Xərçəngkimilər - 287; Çəki, Sıf - 230; Siyənək - 143,75; Kilkə - 57,50; Kefal, Çapaq, Külmə, Qarasol və digər balıq növləri - 115 manat ödəniş edilir.

Хarici vətəndaşlar göstərilən balıq növləri üçün müəyyən edilmiş qiymətlərin iki qatını ödəməlidir.

Kvota və balıqovlama bileti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən elektron qaydada verilir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 dekabr 2017- ci il tarixli 613 №-li qərarı ilə 2018-ci il üçün Xəzər dənizində 3454,9, daxili su hövzələrində 205,1, ümumilikdə 3660 ton həcmində müxtəlif növ balıqların ovlanmasına icazə verilib.

  • Əvvəlki

    Azərbaycan “Rusiya enerji həftəsi”ndə təmsil olunacaq

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0