USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gecə hava necə olacaq? - EKOLOJİ PROQNOZ

22.10.2018 İqtisadiyyat
0 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabrın 22-dən 23-nə keçən gecənin hava proqnozunu açıqlayıb.

"Kommersant.az" yayılan məlumata istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 22-dən 23-nə keçən gecə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 15-17 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 22-dən 23-nə keçən gecə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu 12-17, dağlarda 5-10 dərəcə isti təşkil edəcək.