USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkədə yoxsulluğun səviyyəsi 10 dəfə azaldılıb

04.02.2019 İqtisadiyyat
0 0
Azərbaycan 128 ölkə arasında az qidalanma halını azaltmağa nail olan 18 ölkədən biridir.

"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

H.Hüseynov bildirib ki, BMT-nin Minilliyin Bəyannaməsinə qoşulan və bu hədəflərə nail olmaqda qərarlı ölkə kimi Azərbaycanda yoxsulluqla mübarizə sahəsində kompleks tədbirlərin təmin edilməsi məqsədilə "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı", eləcə də "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" təsdiq edilib, bu proqramlar yoxsulluq probleminin həlli istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaradıb, nəticədə ölkədə yoxsulluq səviyyəsi 2001-ci ildəki göstəricisindən 10 dəfə azalıb:

"Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü və uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində 2015-ci ildə Minilliyin İnkişaf Məqsədlərinin icrasının yekunları ilə bağlı Romada keçirilən təqdimat mərasimində Azərbaycan yoxsulluğun aradan qaldırılması sahəsində qazanılan uğurlara görə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) "Cənub-Cənub" mükafatına layiq görülüb. Bu siyasətin nəticəsi olaraq, Azərbaycan dünyada 128 ölkə arasında az qidalanma sayının azaldılması məqsədinə nail olan 18 ölkədən biridir".

O qeyd edib ki, Minilliyin İnkişaf Məqsədlərinin icrasının başa çatması heç də qlobal dünyada mövcud çətinliklərin tamamilə aradan qaldırılmasını təmin edə bilməyib: "YUNESKO-nun 2016-cı il üzrə hesabatına görə, hazırda dünyada 6-17 yaş arası 263 milyon uşaq, yeniyetmə və gənc, o cümlədən inkişaf etməkdə olan ölkələrdə hər 4 qızdan 1-i məktəbdən kənarda qalıb. Eyni zamanda, dünyada hər il 6 milyondan artıq uşaq 5 yaşına çatmamış dünyasını dəyişir. Planetdə 800 milyondan çox insan aclıqdan və 1 milyarddan çox insan isə ifrat yoxsulluqdan əziyyət çəkir. Bunlar göstərir ki, 2015-ci ilədək nail olunması hədəflənən Minilliyin İnkişaf Məqsədləri bütün ölkələr tərəfindən tam olaraq həyata keçirilməyib. Ona görə də daha əhatəli, planetin, o cümlədən cəmiyyətin bütün təbəqələrinin fəal cəlb olunmasını nəzərdə tutan yeni qlobal təşəbbüsün icrasına zərurət yaranıb".

Şuranın katibi əlavə edib ki, bu məqsədlə BMT-yə üzv dövlətlər 2015-ci ilin sentyabrında keçirilən Sammitdə 2016-2030-cu illər üçün 17 məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasına qoşulublar:

"Dayanıqlı inkişaf sahəsində 2030-cu il Gündəliyi və bu sənəddə ehtiva olunan DİM yoxsulluğun aradan qaldırılması, planetin mühafizəsi və hamı üçün tərəqqinin təmin edilməsinə yönələn öhdəliklərdən ibarətdir. 2030-cu ilədək İnkişaf Gündəliyi DİM üzrə nəticələr çərçivəsində təsbit olunmuş 3 əsas prinsipi - "universallıq", "inteqrasiyalı yanaşma" və "heç kimin geridə qalmaması" prinsiplərini özündə əks etdirir".

H.Hüseynov qeyd edib ki, BMT-nin fəal üzvü kimi qlobal problemlərin həllində iştiraka töhfə verməyə böyük səy göstərən ölkəmiz də BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən qlobal DİM təşəbbüsünə qoşulub.

Trend