Bu gün Bakıda "Azərbaycan-İsveçrə Biznes Forumu" keçirilir.
"Kommersant" xəbər verir ki, "Azərbaycan-İsveçrə Biznes Forumu" Bakı Biznes Mərkəzində keçirilir.
Forumda Azərbaycanın və Avropa ölkələrinin hökumət nümayəndələri və özəl kommersiya təşkilatlarının rəhbərləri iştirak edir. 1 gün davam edəcək Forum iki hissədən ibarət olacaq və iki ölkə arasındakı iqtisadi əlaqələr, biznes tərəfdaşlıqları müzakirə olunacaq.