USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səfir: Azərbaycan və Ukrayna əmtəə dövriyyəsini 1 milyard dollara çatdıra bilərlər

18.07.2018 İqtisadiyyat
0 0
Azərbaycan və Ukrayna əmtəə dövriyyəsinin bir milyard dollara çatdırılması üçün lazımi potensiala malikdirlər.

"Kommersant"ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev "İnformator" internet nəşrinə deyib.
A.Xudiyev bildirib ki, son bir ildə ölkələr arasında əmtəə dövriyyəsi 2,5 dəfə artıb.

İki ölkə arasında humanitar sahədə əməkdaşlığa toxunan diplomat xatırladıb ki, bu gün Kiyevdə Müslüm Maqomayev adına bağın yenidənqurmadan sonra açılışı olacaq. Açılış mərasimində Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev iştirak edəcək.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Ukrayna ilə Azərbaycanın əmtəə dövriyyəsi 2017-ci ildə 810,28 milyon dollar təşkil edib. Azərbaycan məhsullarının Ukraynaya ixracının payına 350,4 milyon dollar düşüb. İl ərzində əmtəə dövriyyəsi 2,5 dəfə, Azərbaycandan Ukraynaya ixrac isə təqribən 8 dəfə artıb.

  • Əvvəlki

    ANAMA-nın yaradılmasının 20 illik yubileyi qeyd edilib

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0