USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İyirmiyədək aqrobiznes dəyər zənciri layihəsinə qrant ayrılması nəzərdə tutulub

17.08.2018 İqtisadiyyat
0 0
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti fermer və sahibkarlar arasında məlumatlandırma kampaniyasına başlayıb.

Nazirlikdən "Kommersant.az"a verilən məlumata görə, kampaniyanın məqsədi kənd təsərrüfatı sahəsində dəyər zəncirlərinin yaradılması üzrə qrant layihələrinin hazırlanması üçün fermer və sahibkarları məlumatlandırmaqdır.
Aqrobiznes dəyər zənciri layihələri Dövlət Xidmətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində maliyyələşdirilir.
Bütün ölkəni əhatə edəcək kampaniya çərçivəsində layihənin əməkdaşları artıq Qəbələ, İsmayıllı, Qax, Şamaxı, Goranboy və Göygöldə fermer və sahibkarlarla görüşüb, onlara qrantlar ayrılması üçün layihələrinin seçim meyarları barədə ətraflı məlumat veriblər.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, 20-dək aqrobiznes dəyər zənciri layihəsinə qrant ayrılması nəzərdə tutulub. Artıq 5 layihəyə görə müqavilə imzalanıb.
Dəyər zəncirləri üzrə layihələrin seçimi zamanı üstünlük verilən meyarlarda əsas cəhət kimi istehsalda innovativlik tələbi qoyulub. Bundan başqa, qrantdan bir adamın deyil, dəyər zəncirinin bütün üzvlərinin faydalanması nəzərdə tutulduğundan, layihənin tərəfdaşlıq üzərində qurulması, səmərəlilik vəd etməsi, rəqabətqabiliyyətli, ixrac potensiallı məhsul istehsalı və idxalı əvəzləməsi dəyər zənciri layihəsinin qiymətləndirilməsi zamanı vacib məqamlardır.

  • Əvvəlki

    Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq

Digər xəbərlər