USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İrandan gələn yük avtomobilində külli miqdarda narkotik vasitə aşkarlanıb

02.09.2018 İqtisadiyyat
0 0
Daxil olan əməliyyat məlumatı əsasında, Ukrayna vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsi Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana yüksüz gedərkən Astara gömrük-sərhəd buraxılış məntəqəsində əməliyyatçılar tərəfindən saxlanılıb və əməliyyat məlumatının yoxlanılması məqsədilə nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilib. Bu zaman yük nəqliyyat vasitəsinin dartıcısının tavan hissəsində dördkünc formalı şübhəli cizgilər müşahidə olunub.

Bu barədə "Kommersant.az"a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Yoxlama zamanı, dartıcının tavan hissəsində, xüsusi düzəldilmiş yerdə gömrük nəzarətindən gizlədilmiş şəffaf rəngli sellofana bükülü cəmi 40 ədəd yastı dördkünc formalı bağlama aşkar olunub. Sonra həmin bağlamalar açılıb və hər bir bağlamanın içərisində kəskin iyli, tünd qəhvəyi rəngli, narkotik vasitə olan tiryək aşkarlanıb. Qablaşdırılmış bağlamaların ümumi çəkisinin 41 kiloqram 400 qram olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.