USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yasamal Yaşayış Kompleksində seçilmiş mənzillərlə bağlı statistika açıqlanıb

07.09.2018 İqtisadiyyat
0 0
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində satışa çıxarılmış 1, 2, 3, 4 və 5 nömrəli binalarda seçilmiş mənzillərlə bağlı statistikanı açıqlayıb.

MİDA-dan "Kommrsant.az"a bildirilib ki, Yasamal Yaşayış Kompleksindəki satışa çıxarılmış 1 nömrəli binada seçilmiş mənzillərin sayı 60, 2 nömrəli binada 72, 3, 4 və 5 nömrəli binaların hər birində seçilmiş mənzillərin sayı isə 64-dür. Yasamal Yaşayış Kompleksindəki binalarda satışa çıxarılmış mənzillərin sayı ümumilikdə 324 olub.
Seçilmiş mənzillərlə bağlı ətraflı məlumatı https://mida.gov.az/az/newsread/312/ linki vasitəsilə əldə etmək olar.