USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dolların məzənnəsi niyə aşağı düşüb - SƏBƏB

14.09.2018 İqtisadiyyat
0 0
Dünya bazarında dolların məzənnəsi aparıcı ölkələrinin valyutalarına nisbətən bu ilin fevralından bəri ən aşağı səviyyəyə düşüb. Səbət valyutalara nisbətən dolların dəyər itirməsi inkişaf etməkdə olan ölkələrin də valyutalarına “müəyyən toxtaqlıq” gətirib.

"Kommersant.az" xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov öz açıqlamasında deyib. Bildirib ki, Avropa Birliyinin avronun qlobal bazarda dominatlığının artırılması ilə bağlı çağrışları fonunda avro da dollara nisbətən möhkəmlənib:

"Belə ki, dünən 1 avro almaq üçün 1,16-dan az dollar ödəmək lazım idisə, indi bu rəqəm 1,17-yə dəyişib. Azərbaycan Mərkəzi Bankı da bu gün manatı avroya nisbətən ucuzlaşdırıb. Belə ki, manatın avroya nisbətən rəsmi məzənnəsi dünən 1.9762 idisə bu gün 1 avro almaq üçün 1.9883 ödəmək lazımdır. Bu isə o deməkdir ki, hər 100 avroda mili valyutamız rəsmi məzənnə ilə 1,21 manat ucuzlaşıb. Dolların qlobal ucuzlaşması Rusiya rubluna təsir edib. 2 gün öncə 70 rublluq psixoloji həddi aşan Rusiya pulu bu gün dollara nisbətən 68,4 rubladək möhkəmlənib. Bununla belə, dolların səbət valyutalara nisbətən mövqeyini yaxın günlərdə bərpa edəcəyi gözlənilir. Belə ki, ABŞ-da avqust ayının inflyasiya göstəriciləri açıqlandıqdan sonra FES-in uçot stavkasını yüksəltməsi ehtimalları daha da artıb. Bu isə yenidən dollara güc verəcək. Amma Avropa Birliyi avronın qlobal dominatlığı ilə bağlı sistemli iş apararsa o zaman avronun daha da möhkəmlənməsi müşahidə edilə bilər."

  • Əvvəlki

    Şəhərin Maliyyə İdarəsinə yeni rəis - TƏYİNAT

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0