USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu dəfə Amerika neft nəhəngi Azərbaycanı tərk edir

04.12.2018 İqtisadiyyat
0 0
ABŞ-ın neft nəhəngi Exxon Mobil Azərbaycanın iri neft-qaz layihəsini tərk etməyə hazırlaşır.

"Kommersant.az" xəbər verir ki, bu barədə xəbəri az əvvəl "Reuters" neft və bank sektorundakı mənbələrə istinadən bildirib.

Məlumatda deyilir ki, "Exxon Mobil" şirkətinin Azəri-Çıraq-Günəşli blokunda yataqların istismarını həyata keçirən beynəlxalq konsorsiumu tərk etməsi qlobal əməliyyatlarına yenidən baxmaq planları ilə bağlıdır.

Amerika neft nəhəngi "Əsrin müqaviləsi"indəki 6.8 faizlik payını satmağı və bundan 2 milyard dollar əldə etməyi planlaşdırır. Lakin "Exxon Mobil" şirkətinin mətbuat katibi Culiya Kinq məsələ ilə bağlı şərh vermək istəməyib: "Biz müxtəlif spekuluasiyaları və şaiyələri şərh etmirik".

SOCAR-dan isə xəbərlə bağlı şərh almaq mümkün olmayıb.

"Reuters" qeyd edir ki, "Exxon Mobil" şirkətinin "Əsrin müqaviləsi"ini tərk etməsi şirkətin Azərbaycandakı 25 illik iştirakının sonu olacaq. "Exxon" 1994-cü ildə Azərbaycanın indiki neft sənayesinin yaradılmasının əsasını qoymağa kömək edən beş Amerika şirkətindən biri idi. "Əsrin müqaviləsi"ndə iştirak edən şirkətlərin konsorsiumu BP tərəfindən idarə edilsə də bu layihə o dövrlər ABŞ-dan güclü dövlət dəstəyi alıb. Müqavilədə Amerikanın beş şirkəti- "Exxon", "Amoco", "Unocal", "Pennzoil" və "McDermott" iştirak edirdilər.

Bu layihə ona görə Qərbdən güclü dəstək almışdı ki, orada layihənin Avropanın Rusiyadan energetika asılığını azaldacağına ümid edirdilər. Lakin agentlik qeyd edir ki, yeni kəşf edilən yataqlar özünü doğrultmadığından bu ümidlər də əriyib getdi. ABŞ şirkətlərinin əksəriyyəti öz paylarını rəqiblərinə satdı, Amerika administrasiyasının da layihəyə dəstəyi azaldı. Azərbaycan da özünün energetika sərvətləri üzərində nəzarət baxımından daha inamlı odu, dövlət neft şirkəti SOCAR vasitəsilə energetika layihələrində iri paylar əldə etdi.

Əgər "Exxon Mobil" Azəri-Çıraq-Günəşli yataqlarındakı payını satmağı reallaşdırsa bu layihədə "Chevron" tək Amerika şirkəti olaraq qalacaq. Bu şirkət layihədə 9.57 faizlik paya malikdir. BP və SOCAR-ın payları isə 30.4 və 25 faizdir.

Bildirilir ki, son illər "Exxon Mobil" daha çox Birləşmiş Ştatlarda şist neft yataqlarına, habelə Qayanada bir sıra iri neft yataqlarının kəşfinə maraq göstərir.

  • Əvvəlki

    Azərbaycan təhsilində daha bir - YENİLİK

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0