USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda büdcə təşkilatları elektrik enerjisi sərfini artırıb

16.05.2018 İqtisadiyyat
0 0
Cari ilin yanvar-mart aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 52,5 mln. kubmetr təbii qazdan istifadə edilib.

"Kommersant.Az"ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təbii qazdan istifadə 4,2% azalıb.

Hesabat dövründə büdcə qurumları 353,9 mln. kVt saat elektrik və 109,2 min Qkal istilik enerjisindən istifadə ediblər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 4%, istilik enerjisindən 30,6% çox istifadə edilib.

Hesabat dövründə büdcə təşkilatları 31,9 mln. manatlıq elektrik enerjisindən, 3 mln. manatlıq istilik enerjisindən, 10,5 mln. manatlıq təbii qazdan istifadə edib.

  • Əvvəlki

    SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi 100 mininci sertifikatı təqdim edib

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0